Dərc edilib: 05-11-2017

https://www.nuh.az/13313-.html

Bu restorana girən hər kəs soyunmalıdır

05.11.2017 13:57:45

Mədəniyyət

Fransanın paytaxtı Parisdə nudizm fəlsəfəsini özündə əks etdirən ilk nudist restoran açılıb.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, restoranda qulluq edənlərdən müştərilərə qədər hamıdan içəriyə girərkən soyunmaları tələb olunur. "O`naturel" adlı restoranın ilk müştəriləri "Paris Naturist Dərnəyi"nin üzvləri olub. Restoranın sahibləri Mayk və Stefani Saada "Le Parisien" qəzetinə verdikləri açıqlamada dərnəyin onları hər zaman dəstəkləklədiyini, bu səbəbdən də ilk müştərilərinin elə onlar olduğunu bildiriblər.
Qonşular da restoranın fəaliyyətindən narahat olmadıqlarını ifadə ediblər. 
"Restoranın açılması məni və ya qonşularımı narahat etmir. Çöldən baxarkən restoranın içərisi görünmür, həm də buranın bir masaj salonu yox, restoran olduğunu bilirik. Buna görə də rahatıq", - deyə qonşulardan biri söyləyib.
Eyni anda 40 nəfəri qəbul edə bilən restoranda bir axşam yeməyinin qiyməti təxminən 26 avrodur.
Qeyd edək ki, nudizm insanların çılpaq formada utanmadan rahat şəkildə hərəkət etməsidir.

 

      NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib