Dərc edilib: 06-11-2017

https://www.nuh.az/13328-.html

Bu gün Azərbaycanda milli televiziya və radio günüdür

06.11.2017 00:57:02

Müsahibə

Bu gün Azərbaycanda milli televiziya və radio günü qeyd olunur.


“Qafqazinfo” xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən bu tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. 

Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxıb. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 

Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı”kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib