Dərc edilib: 06-11-2017

https://www.nuh.az/13334-.html

ABŞ-da kilsədə 26 nəfəri öldürən hərbidən qovulubmuş - Arvadı və uşağını...

06.11.2017 11:00:26

Reportaj

ABŞ-ın Texas ştatında kilsəyə edilən silahlı hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb, təxminən 20 nəfər isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atəş açan şəxs avtomat tüfənglə silahlanıb. Şübhəli ölü olaraq ələ keçirilib. 

Rəsmi olaraq təsdiqlənməsə də, KİV-lər silahlının Devin Kelli adlı şəxs olduğunu yazır. 

Şübhəli Devin Kellinin 2010-2014-cü illərdə Hərbi Hava Qüvvələrində ən aşağı rütbədə çalışdığı müəyyənləşib. Lakin uşağı və arvadına qarşı zorakılığına görə hərbi məhkəməyə çıxarılan Kelli 1 il həbs olunur, HHQ-dən isə azad olunur. 

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib