Dərc edilib: 06-11-2017

https://www.nuh.az/13337-.html

Azərbaycan corab istehsal edəcək

06.11.2017 14:56:37

LIVE

Azərbaycanda corab istehsal olunacaq.

"Qafqazinfo" İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna istinadən xəbər verir ki, bu barədə məlumat noyabrın 2-də Pirallahı rayonunda keçirilən işgüzar forumda açıqlanıb.

Forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib