Dərc edilib: 06-11-2017

https://www.nuh.az/13349-.html

Şirvan şəhərində qızıl qiymətinə səki-döşəmə

06.11.2017 20:40:44

Siyasət

Azərbaycan xalqı 1990-cı illərdə müstəqillik uğrunda mübarizəyə qalxanda meydanlarda ən çox səsləndirilən bir şüar var idi: “ Müstəqil olsaq...neftimiz-qazımız özümüzə qalsa...asfaltımız 5 sm qalınlığında qızıldan olar”.


Müstəqilliyi əldə etdik. Amma çəkdiyimiz yollar qızıldan olmadı. Lakin asfaltın qiyməti qızldan baha başa gəldi. Bəli, bir yolu bir ildə neçə dəfə tikib-sökərlər? Hər dəfə də dövlət büdcəsindən milyonlar göyə, daha doğrusu, məmurların cibinə axdı.

 

Və beləcə yolun qiyməti dünyada analoqu olmayan dəyərə başa gəldi. Yolları başa düşdük, bəs səkiləri, parkları ildə neçə dəfə tikib-sökərlər?

 

Divarları ildə neçə dəfə qaşıyarlar?

 

İcra başçıları rayon ərazisindəki parkın döşəməsini ildə azı 2-3 dəfə dəyişdirir, hər dəfə də milyonlarla dövlət pulunu mənimsəyirlər. Bu artıq həyasızlığın son həddidir. Axı, parkın döşəməsini, səkinin daşlarını nə qədər, neçə dəfə dəyişdirmək olar? Bəli, hər icra başçısının özünün daş karxanası, kafel, üzlük istehsal edən müəssisəsi var. Ona görə də ildə 3-4 dəfə abadlıq və quruculuq adı altında parklar, səkilər yenilənir. Belə abadlıq işləri Şirvan rayonunda da VÜSƏT alıb.

 

 

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovdan ( bəzi mənbələrdə Camalzadə) soruşmaq lazımdır ki, şəhərdəki parkların, səkilərin döşəməsini ildə neçə dəfə dəyişdirmək olar?

 

NUH.az-ın  əməkdaşının şəhər mərkəzindəki  Heydər Əliyev  parkından  çəkdiyi fotoları oxuculara təqdim edirik.

Qoy,  2-3 qat döşəmlərin hansı zərurətdən yarandığına icra hakimiyyətinin səlahiyyətli şəxsləri cavab versin. 

 

NUH.AZ

 

Şirvan şəhərində qızıl qiymətinə səki-döşəmə


Şirvan şəhərində qızıl qiymətinə səki-döşəmə


Şirvan şəhərində qızıl qiymətinə səki-döşəmə


Şirvan şəhərində qızıl qiymətinə səki-döşəmə


Şirvan şəhərində qızıl qiymətinə səki-döşəmə

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib