Dərc edilib: 07-11-2017

https://www.nuh.az/13355-.html

Bakıda dəhşətli qəza: ölənlər və xeyli yaralı var

07.11.2017 11:49:08

Reportaj

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Llent.az   xəbər verir ki, Xəzər rayonu Qala-Pirallahı yolunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı, 99 GX 886 dövlət nömrə nişanlı avtomobil ilə Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2106” markalı, 10 GR 258 nömrəli maşın toqquşub.
 
Nəticədə "VAZ-2107”də olan sərnişinlərdən 52 yaşlı Babaxan Fətullayev ilə 5 yaşlı Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Daha 5 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 
   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib