Dərc edilib: 07-11-2017

https://www.nuh.az/13365-.html

Bayraq bayramı bayraq dirəyi olmadan qeyd olunacaq

07.11.2017 17:47:48

Dünya

“Bayraq Meydanındakı bayraq dirəyi hələ də yerinə asılmayıb”. 

Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov məlumat verib. 

Onun sözlərinə görə, Bayraq Gününə kimi dirəyin yerinə asılması gözlənilmir və Bayraq Meydanında əvvəlki işlər hələ davam edir: “Əvvəldən də  deyildiyi kimi, bu möhtəşəm bir qurğu olduğu üçün  onun   yerinə qoyulması zaman tələb edir. Bu istiqamətdə işlər hələ də davam edir. Hələ işlərin nə zaman yekunlaşacağı barədə məlumat yoxdur” .

Qeyd edək ki, bayraq dirəyinin sökülməsi işlərinə bu ilin avqust ayından başlanılıb. 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib