Dərc edilib: 07-11-2017

https://www.nuh.az/13368-.html

Dənizdə boğulan modelin ailəsinin müraciəti yayıldı və çox ciddi suallar yaratdı

07.11.2017 19:00:48

Müsahibə

Dənizdə boğulan modelin ailəsinin müraciəti yayıldı və çox ciddi suallar yaratdı

Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın müəmmalı ölüm işi ilə bağlı araşdırmamız davam edir. Criminalaz.com bu il iyunun 26-da Bakının Bilgəh qəsəbəsinin ərazisində baş verən və ictimiyətdən gizlədilməyə səy göstərilən mübhəm ölüm işi üzrə danılmaz faktlar üzə çıxarıb. 

Buna da bax: Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub - VİDEO

Ölüm işi baş verəndən sonra olayda deputat, publisist Elmira Axundovanın oğlu Həbib Axundovun adı hallanıb. Yayılan məlumatlardan belə aydın olurdu ki, Günel Mirzəyeva Həbib Axundov və digər 3-4 nəfərlə birgə dəniz sahilinə istirahətə gediblər, deputat oğlunun bahalı yaxtası ilə dənizə çıxıblar. Dəniz gəzintisi zamanı baş verənlər bu günə qədər geniş ictimiyyətdən gizlədilir. Fakt odur ki, həmin gəzinti Günel Mirzəyeva üçün sonuncu olub. Cavan, həyatının ən gözəl dövrünü yaşayan xanım müəmmalı şəkildə yaxtadan dənizə düşüb və boğulub. 3 gün ərzində aparılan davamlı axtarışlardan sonra onun cansız bədəni tapılaraq yaxınlarına təhvil verilib. Bundan sonra isə Günel Mirzəyevanının ölümünün ictimiləşməməsi üçün çox ciddi addımlar atılıb, ölümün üzərinə qalın sirr pərdəsi çəkilib. Gizlicə aparılan cinayət işinin detalları bu gün də geniş ictimaiyyətdən gizlədilir. 

 

Həbib Axundov

G.Mirzəyevanın ölüm işinin gizlədilməsinin səbəbi haqda konkret fikir söyləmək çətindir. Amma mərhumun ailəsinin adından bir çox redaksiyalara, o cümlədən Criminal.az-a göndərilən müraciətə diqqət etmək kifayətdir ki, məsələnin mahiyyəti üzə çıxsın.

 Həmin müraciəti olduğu kimi təqdim edirik:

Qızımız Günelin faciəli şəkildə vəfat etməsi bədbəxt hadisə nəticəsində baş vermişdir. Bu hadisənin baş verməsində heç kim günahkar deyil, o cümlədən bir sıra internet saytlarda adı hallandırılan - Həbib Axundov.

Buna görə də criminal.az, presselub.az, qafqazinfo.az və digər belə qərəzli və əsassız məlumatları yayan saytlardan və kütləvi informasiya vasitələrindən xahiş edirik ki, şou və sensassiya xatirinə qalmaqal yaratmasınlar, ailəmizin və qızımızın ruhuna hörmətlə yanaşaraq, xələl gətirməsinlər.

Bu mövzu ilə bağlı bütün müzakirələrə son qoyulmasını artıq dərəcədə xahiş edirik.

Ailə üzvləri: Rəşid Mirzəyev, Göyçəkxanım Mirzəyeva, Cəmilə Paşazadə, Gülşən Eyniyeva

Buna da bax: Deputat oğlu ilə müəmmalı şəkildə ölən modelin əlaqələri olub, yalanları təkzib edən gizlinlər!!! - FOTOFAKTLAR

Axı nə baş verib? Mətbuat niyə bu ölüm işinin izinə düşüb araşdırma aparır? 

Hər il yay aylarında Azərbaycanda suda batanlar olur və hüquq mühafizə orqanları bu haqda mətbuata gecikmədən məlumat verir. Suda boğulmanın təfərrüatları, istintaqın suda boğulma faktına görə gəldiyi nəticə gizlədilmir. Günel Mirzəyevanın suda boğulması faktı haqda ilkin məlumatlar ictimiyyətə rəsmi olaraq təqdim olunmayıb, bu günə qədər istintaqın yekun qərarı ortalığa çıxarılmır. Mətbuatın soğrularına isə ölü sükutla cavab verilir. 

Mətbuat bu həqiqətləri yazır və G.Mirzəyevanın ailəsindən bu ölümün araşdırılmasına yardım edə biləcək ipucları, ölümlə bağlı ehtimallarının dəqiqləşməsi üçün informasiyalar gözləyir. Belə bir vaxtda ailə təqdim etdiyimiz müraciətlə çıxış edir. 

Acınacaqlısı odur ki, ailə də bu müəmmalı ölümün gizlədilməsinə çalışanlarla eyni cərgədə dayanıb mətbuatı qınamaqla məşğuldur. Müraciətlərindən belə nəticəyə gəlmək olur ki, Mirzəyevlər məsələdə deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallanmasından əndişələnirlər. 

Halbuki bizlər tamam əks müraciətə şahidlik edə, ailənin ehtimallarını, istintaqla bağlı fikirlərini ictimiləşdirə bilərdik. Digər tərəfdən də araşdırmalarımızın üzə çıxardığı, Günel  Mirzəyevanının ölüm işi üzərinə çəkilən qalın sirr pərdəsinin altına saldığımız işıq ortada gənc bir xanımın öz təcrübəsizliyi üzündən deyil, başqa səbəblərdən həyatla vidalaşmasını söyləməyə əsas verən iddiaları ortaya qoyur.

Buna da bax: Дело о смерти модели, в которой фигурирует имя депутатского сына Тайное письмо из министерства - VİDEO

Bu sirli ölüm işi G.Mirzəyevanın ailə məsələsi olmaqdan çıxıb. Mətbuat bu məsələni araşdırmaqla bir ölüm işi üzərindən kimlərinsə maraqlarına uyğun çəkilən sirr pərdəsinin götürülməsinə, gələcəkdə gənc xanımların yaxta ilə dənizə aparılıb orada suda boğulmamasına, ailələrdə faciələrin yaşanmamasına qarşı ictimai təpki yaradır. Mətbuat birbaşa öz funksiyasını yerinə yetirir. Ortada çox ciddi ölüm faktı var. Suda üzməyi bacarmayan bir cavan xanım 4-5 nəfərlə çimərliyə gedib, bahalı yaxta ilə dənizə çıxıb və orada həyatla vidalaşıb. Həmin vaxt onun yanında olan, onu çimərliyə aparan şəxs harada olub? Niyə ona kömək etməyib? Bəlkə cavan xanım bir qəsd planının qurbanıdır? 

Bu suallara cavab verilmir, üstəlik bu ölüm işindən dolayı başlanmış cinayət işinin üstünü ört-basdır edirlər. Deməli ortada gizlədiləsi məqamlar var. Sanki vəhşi quldarlıq dövrüdür. Bir fərd daha çox imkanlara sahib birinin övladının qurbanı olur və onun qanı hansısa dünya malı qarşılığında satın alınır.  

Maraqlıdır, görəsən işdə deputat oğlu Həbib Axundovun adı hallanmasaydı, Sabunçu Rayon Prokurorluğu hazırkı mövqedə dayananardı? 

Araşdırmalarımız davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib