Dərc edilib: 07-11-2017

https://www.nuh.az/13373-.html

Nazir evində ölü tapıldı

07.11.2017 23:02:00

Dünya

Uelsin sabiq dövlət naziri Karl Sarcent evində ölü tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun intihar etmiş ola biləcəyi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, 48 yaşlı sabiq nazir haqqında təcavüz iddiaları yayıldığı üçün  noyabrın 3-də istefa vermişdi. O, daha sonra üzvü olduğu İşçi Partiyasından da qovulmuşdu.

Sarcent evli və 2 uşaq atası idi.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib