Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13379-.html

Bakıda qadın meyvə qabı ilə ərini öldürdü

08.11.2017 10:19:59

Hadisə

Bakıda qətl törədilib.

APA  xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.
 
Hadisəni törədən T. Vəliyeva saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib