Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13381-.html

Aprel döyüşlərində iştirak edən hərbçi DİN-dən şikayətçidir

08.11.2017 10:56:07

Günün sitatı

Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Gültəkin Rzayeva oğlunun  daxili işlər orqanlarında işə götürülməməsindən şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, oğlu Emin Rzayev 2016- ci ilin iyun ayında işə qəbul üçün Xəzər rayon Polis İdarəsinə müraciət edib: “1 ildən sonra bizə cavab verdilər ki, oğlumu  işə götürə bilməzlər. Onun 25 yaşı tamam olub. Ona deyiblər ki, hara istəsən şikayət edə bilərsən. Səni işə götürməyəcəyik. 

Oğlumun boyu 179 santimetdir. Aprel döyüşlərində kiçik çavuş kimi döyüşlərdə iştirak edib.  Ali savadlıdır. Qaydalarda da göstərilir ki, 20- yaşından 30 yaşına  kimi gənclərin polis orqanlarına qəbulu həyata keçirilə bilər”.

Məsələ ilə bağlı DİN-in mövqeyini öyrənmək istəsək də, hadisə araşdırıldıqdan sonra cavab verəcəklərini bildiriblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib