Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13390-.html

Bayrağımızda əks olunan rənglərə uyğun siyasət aparılmalıdır.

08.11.2017 18:21:53

Siyasət

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Əməkdaşlıq Mərkəzi 15 noyabr saat 12-də KXCP qərargahında 17 noyabr Milli Dircalis gunu ila bagli keciriləcək  Dəyirmi Masanı  muzakirə edib.

Əməkdaşlıq Mərkəzi  Milli Azadliq harakatinda hayatını  itirənlarin xatirəsini yad edib, allahdan rehmet diləyib. Milli azadliq harakatinda xidməti olan hər kəsin Dəyirmi Masaya dəvət olunması qərara alınıb.

Əməkdaşlıq Mərkəzi Bayraq gunu munasibətilə xalqimizi tabrik edib. Əməkdaşlıq Mərkəzi  hesab edir ki, bayragımızda əks olunan rənglərə uyğun  siyasət aparılmalıdır ki, ölkədə milli maraqlarımız, demokratiya, insan haqları tamin olunsun.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib