Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13394-.html

Partiya lideri: “Mehriban Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”

08.11.2017 19:15:02

Siyasət
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm. Mən bu barədə fikrimi hələ 10 il öncə partiya sədri olarkən demişdim”.

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və keçmiş sədri Məmməd Əlizadə bildirib. 

M.Əlizadə deyib ki, bu yaxınlarda Azərbaycanın bir sıra tanınmış şəxsləri də Mehriban Əliyevayanın gələcəkdə prezident kimi gördüklərini bəyan ediblər:
“Mən bu təkliflə hələ 10 il öncə çıxış etmişdim. Yadıma gəlir, 2006-2007-ci illərdə Mehriban xanım Əliyevanı siyasi lider kimi gördüyümü bildirəndə, mənə böyük etirazlar olmuşdu. Mənə qarşı etiraz edənlərin arasında indi Mehriban xanım Əliyevanı Prezident kimi görümək istədiklərini bildirən şəxslər də var idi. Halbuki, bu adamlar 10 il öncə mənim bu təklifimə görə əleyhimə kampaniyalar başlatmışdı. Hətta, mənim rəhbəri olduğum partiyanı da tanımdaıqlarını bəyan etmişdilər. Mən hər zaman bildirmişəm ki, birmənalı olaraq biz Prezident İlham Əliyevi lider kimi qəbul edirik. Amma Azərbaycanın yeni bir nəfəs alması üçün güclü xanım Prezidentə də ehtiyacı var. Bu baxımdan da mən Mehriban xanım Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm. Mehriban xanım ulu öndər Heydər Əliyev siyasi məktəbinin uğurlu yetirməsidir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasında cənab Prezidentimizə yeganə alternativ Mehriban xanım Əliyeva ola bilər. Əgər Mehriban Əliyeva gələcəkdə Prezident olarsa, Azərbaycanda gedən proseslər daha da çiçəklənəcək, ölkəmiz daha da demokratikləşəcək. Bu həm də dünyada mövcud olan demokratik qüvvələrə yaxşı mesaj olacaq”.

Partiya lideri qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycan üçün gördüyü böyük və əvəzsiz işlər bütün dünyada maraqla izlənilir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib