Dərc edilib: 08-11-2017

https://www.nuh.az/13397-.html

Abbas Abbasovun qohumu "Qoçu" Gəncədə öldürüldü

08.11.2017 23:17:21

Cəmiyyət

Noyabr ayının 4-ü, gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

 

 “Gununsesi.info”nun  verdiyi məlumata görə, öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoçu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan “Çinar” restoranında törədilib.

Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, Q. Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və “Qoçu” ləqəbi ilə tanınırdı. O,ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu.

Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib