Dərc edilib: 09-11-2017

https://www.nuh.az/13400-.html

Polis rəisi dünyasını dəyişdi

09.11.2017 00:20:15

Hadisə

Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib.

 musavat.com   xəbr verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib.

Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb.

Yaxından tanıyanların dediyinə görə, 1947-ci il təvəllüdlü M.Rzayev gəncliyində Politexnik İnstitutunu, sonra Ali Partiya Məktəbini, daha sonra Moskvada Milis Akademiyasını bitirib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib