Dərc edilib: 09-11-2017

https://www.nuh.az/13409-.html

Gədəbəydə 27 yaşlı gənc öldürüldü

09.11.2017 23:50:53

Reportaj

Gədəbəydə qətl hadisəsi törədilib.


 APA  xəbər verir ki,hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahim Həsənəliyev mübahisə zəminində həmkəndlisi 1984-cü il təvəllüdlü Rəşad Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxs ailəli olub, 2 azyaşlı övladı var.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib