Dərc edilib: 10-11-2017

https://www.nuh.az/13412-.html

İjevsk şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb

10.11.2017 00:43:06

LIVE

Rusiyanın İjevsk şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, dağıntılar arasında 4-cü cəsəd tapılıb. Hadisə zamanı 8 nəfər xəsarət alıb. Onlardan 4-ü ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yaşayış evinin uçması nəticəsində 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər 8 mənzzil tamamilə dağılıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib