Dərc edilib: 10-11-2017

https://www.nuh.az/13417-.html

"Dəmir Bank" bağlana bilər

10.11.2017 10:20:34

Cəmiyyət

“Qırmızı zona”da olan banklar – 8 BANK, SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 8 bankın məcmu kapitalı bank qanunvericiliyində nəzərdə tutulan tələbdən – 50 milyon manatdan azdır. Bu barədə FED.az bankların 2017-ci ilin oktyabrın ayının 1-nə olan rəsmi hesabatlarına istinadən məlumat verir. Hesabatlardan məlum olur ki, bunlar «Bank Respublika», «Unibank» KB, «NİKOYL Bank» İKB, «Bank of Baku», «Bank BTB»,  «Bank VTB (Azərbaycan)», «DəmirBank» və Pakistan Milli Bankı NBP Bakı filialıdır.
Ən az kapital göstəricisi də Pakistan bankındadır, amma Azərbaycan və Pakistan hökumətləri arasındakı razılaşmaya görə, bu bankın kapitalı tədricən artırılaca, yəni banklara olan ənənəvi kapital tələbi və onun mümkün nəticələri Pakistan Milli Bankının Bakı filialına aid deyil.
 Bundan sonra ən pis kapital göstəricisi «Dəmirbank»dadır – 25,5 milyon manat. Səhmdarlar bankı üzdə saxlamaq üçün banka təqribən bu qədər də vəsait yatırmalıdırlar. Digər bankların da vəziyyəti ürəkaçan deyil. Bu banklar fəaliyyətlərini davam etdirmək üçün ya kapitallarını artırmalı, ya da konsolidasiyaya getməli, yəni başqa bankla birləşməlidirlər.

Kapital problemi olan banklar aşağıdakılardır:

Bankların adı 2017/9 ay
Bank Respublika 46,602
Unibank KB 42,990
NİKOYL Bank İKB 41,203
Bank of Baku 40,508
Bank BTB 38,950
Bank VTB (Azərbaycan) 37,860
DəmirBank 25,566
Pakistan Milli Bankı NBP Bakı filialı 10,211

NUH informasiya agentliyi səhifəsindən çap edilib