Dərc edilib: 10-11-2017

https://www.nuh.az/13425-.html

Eldar Mahmudovu quyunun ortasında saxlayıblar

10.11.2017 13:16:24

Günün sitatı

İnsan üçün  ən pis yer - quyunun ortasında qalmaqdır. Nə birdəfəlik  kəndiri kəsirlər, nə də...

Sabiq  MTN şefini  də   2 ildir   "quyunun ortasında"  saxayıblar. 

 

Bu gün  sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb. “Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək. Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib. E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib