Dərc edilib: 10-11-2017

https://www.nuh.az/13431-.html

Yer altında 2000 illik lüks hamam tapıldı

10.11.2017 18:38:55

Maqazin
Çində aparılan arxeoloji qazıntılar zamanı 2000 min illik 3 ədəd lüks hamam tapılıb.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Şaanşi əyalətinin Şian şəhərində yerləşən Yueyanq bölgəsində tapılan hamamların qırmızı kərpicdən inşa edildiyi məlum olub. Hamamların drenaj sistemləri salamat şəkildə bu günə qədər gəlib çıxıb.
Tikililərin tapıldığı Yueyanq Döyüşən xanlıqlar dövründə Çzin dövlətinin paytaxtı olduğu məlumdur. Çin Elmlər Akademiyasının Arxeologiya İnstitutunun alimi Liu Rui sözügedən hamamların kral ailəsinə məxsus olduğunu ehtimal etdiklərini bildirib.









NUH informasiya agentliyi səhifəsindən çap edilib