Dərc edilib: 11-11-2017

https://www.nuh.az/13441-.html

Azərbaycanda 3 məmur işdən çıxarıldı - Yeni təyinatlar

11.11.2017 12:25:26

Region

Ağcabədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Report-un xəbərinə görə, RİH başçısının müavini – Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Nadir oğlu Mehdiyev, icra başçısının köməkçisi Xaliq Mirzəyev və Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Axundov vəzifələrindən azad edilib.
Rayon İcra Hakimiyyətinin başcısı Şahin Məmmədovun müafviq əmri ilə icra başcısının köməkçisi vəzifəsinə Nicat Axundov, RİH başçısının müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə Xaliq Mirzəyev təyin edilib.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri olan Hafiz Mehdiyev öz ərizəsi ilə işdən ayrılıb.

 

      NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib