Dərc edilib: 11-11-2017

https://www.nuh.az/13447-.html

İbrahim Mehdiyev yenidən Yasamala başçı gəlir

11.11.2017 15:34:16

Hadisə

 

Yasamal niyə 5 aydır “başsız” qalıb ?

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin  Hacı Cavad məscidinin sökülməsini “özbaşına həyata keçirməsinə görə”  vəzifəsindən azad edilməsindən  artıq  5 ay keçir.

Sözün düzü, Yasamalın uzun  müddət  “başsız” qalması müəyyən suallar doğurur.  

Çünki icra başçısı vəzifəsinin  5 ay  boş qalması yaxın taiximizdə  baş verməyib. Hətta son vaxtlar  icra başçısı ilə müqayisədə daha mühüm  vəzifə olan  energetika naziri postuna da təyinat oldu.

Bəs Yasamal niyə “başsız”  qalıb?

Bu sualın cavabını İbrahim Mehdiyevin açıqlamasında  axtarmalı olduq:” Kimsə ölkə başçısına mənim haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam”.

NUH.az-a danışan mənbə  Yasamalın uzun müddət  başçısız qalmasının səbəbini  bu səhv informasiyada görürür və bildirir ki, bu məsələ yuxarıda ciddi müzakirə olunub. Və  İbrahim Mehdiyevin  günahkar olmadığı  bəlli olub. Ona görə də İbrahim Mehdiyevin  yenidən icra başçısı təyin olunması  gündəmdədir. Əlbəttə, “fərmanın geri oxunması”  qeyri-ciddi görünsə də, Yasamalın  uzun müddət başsız  qalması  tam ciddi  görünür.  

 

         NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib