Dərc edilib: 11-11-2017

https://www.nuh.az/13449-.html

İdmançımız qızıl medal qazandı

11.11.2017 16:36:06

İdman

Dağıstanın Mahaçqala şəhərində taekvando üzrə yeniyetmələr, gənclər və böyüklər arasında yerli “Çempion” klubunun mükafatları uğrunda açıq turnir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi İdman Klubu”nun taekvandoçusu Fidan Vəlizadə yeniyetmə qızlar arasında mükafata layiq görülüb.

Turnirdə 41 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin qızıl medalına sahib olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib