Dərc edilib: 12-11-2017

https://www.nuh.az/13463-.html

İtkin düşən balıqçıların meyiti tapıldı - Yenilənib

12.11.2017 21:21:37

LIVE

Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının - Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun axtarışları davam edir.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, axtarışa  Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

FHN-dən verilən məlumata görə, vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin “Orion” gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

İtkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.

***

FHN-dən bildirilib ki, axtarışlar nəticəsində digər balıqçının da meyiti tapılıb. Hər iki balıqçının meyiti aidiyyəti üzrə təhvil verilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib