Dərc edilib: 12-11-2017

https://www.nuh.az/13464-.html

Vidadi Zeynalov azadlıqda

12.11.2017 21:48:32

Siyasət

 

 

Məlumdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilmişdi.

Bir neçə gün əvvəl  Bakı Apellyasiya Məhkəməsinin Hakimlər Kollegiyası  Vidadi Zeynalovun  cəzasını 13 ildən 4 ilə endirdi və  üstəlik  onun əmlakına qoyulan həbsi  aradan qaldırdı.  

Bu gün NUH.az-a daxil olan məlumata görə,  Vidadi Zeynalov yaxın vaxtlarda azadlığa çıxacaq.

Görəsən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri 13 il həbs qərarını hansı əsasla çıxartmışdılar ?

Yaxud  Bakı Apellyasiya Məhkəməsinin Hakimlər Kollegiyası  13 il  həbs  cəzasını  hansı  məntiqlə  4 ilə endirdi?

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib