Dərc edilib: 13-11-2017

https://www.nuh.az/13473-.html

Teleaparıcı Aynur Talıbova ABŞ-da 1 saatı 11 dollara qab yuyur

13.11.2017 14:40:03

Maqazin

Tez-tez qalmaqallı və sərt açıqlamaları ilə gündəmə gələn, bir müddət əvvəl ailəsi ilə ABŞ-a köçən eks-teleaparıcı Aynur Talıbova sosial şəbəkədə maraqlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Talıbova “facebook”da  qabyuyan işlədiyini və bunu əks etdirən fotosunu izləyiciləri ilə bölüşüb.

O, bu işə görə saata 11 dollar qazandığını qeyd edib: 

“Nəhayət ki, özümə yaraşan bir iş tapdım. Perspektivi var. Bir azdan qab yumaq texnikası ilə bağlı kitab yazacam”. 

A.Talıbova paylaşıma yazılan şərhlərə cavabında zarafat etmədiyini, həqiqətən də qabyuyan kimi çalışdığını bildirib.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib