Dərc edilib: 13-11-2017

https://www.nuh.az/13483-.html

BSU rektoru amerikalı qonaqları qəbul edib

13.11.2017 18:31:26

LIVE

Noyabrın 13-də BSU-nun rektoru, professor Nurlana Əliyeva ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Simit və Montereydəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun nümayəndəsi Deyvid Viki qəbul edib.

 

 Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyyə Abbasova iştirak ediblər. Qonaqları universitetdə görməkdən məmnun qaldığını deyən rektor Nurlana Əliyeva onlara BSU-nun fəaliyyəti, buradakı təhsil sistemi, tədris-mədəniyyət mərkəzləri barədə ətraflı məlumat verib. N.Əliyeva universitetin beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində dünyanın tanınmış universitetləri ilə bağlanan müqavilələrə əsasən müəllim və tələbə mübadləsindən söz açıb. Rektor qonaqların BSU-ya əcnəbi tələbələrin qəbulu ilə bağlı suallarına ətraflı cavab verərək bildirib ki, əcnəbi tələbələr bir il ərzində hazırlıq kurslarında təhsil aldıqdan sonra BSU-da bakalavr səviyyəsinə qəbul olurlar. N.Əliyeva əcnəbi tələbələrin təkcə bakalavr deyil, magistratura və doktorantura üzrə oxumaq imkanlarının olduğunu da diqqətə çatdırıb.

Söhbət zamanı ABŞ-da professor və müəllimlər, o cümlədən tələbələr üçün nəzərdə tutulmuş təhsil proqramlarından söz açan amerikalı qonaqlar ABŞ-da təhsil alan əcnəbi tələbələri Azərbaycan universitetlərinə cəlb etməklə bağlı bir sıra fikirlər irəli sürüblər. Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar BSU tələbələrinə lazımi dəstəyi verməyə  daim hazır olduqlarını vurğulayıblar.  

 

      BSU-nun Mətbuat xidməti  

NUH informasiya agentliyi səhifəsindən çap edilib