Dərc edilib: 13-11-2017

https://www.nuh.az/13485-.html

Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam

13.11.2017 18:56:47

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun  məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə görə Qurbanov Cavid Qəmbər oğlu, eləcə də Buadze Murad Otariyeviç, Qasımov Cəmil Həsən oğlu və Rzayev Telman Ağamoğlan oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib