Dərc edilib: 14-11-2017

https://www.nuh.az/13492-.html

Bu ölkədə siqaret çəkmək rəsmi olaraq qadağan edildi

14.11.2017 00:21:27

Maraqlı

Tacikistan parlamentinin aşağı palatasına "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi daxil olub.
"AzərTAc” xəbər verir ki, sənədə əsasən, ölkənin kafe, bar və restoranlarında siqaret və qəlyan çəkmək qadağan edilir.
Qadağa inzibati binalara, dövlət və qeyri-dövlət təşkilatlarındakı iş otaqlarına, həmçinin yaşayış binalarının bloklarına, liftlərə, yeraltı keçidlərə, aeroportlara, vağzallara, sanatoriyalara, yataqxana və ictimai nəqliyyatlara da şamil olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib