Dərc edilib: 15-11-2017

https://www.nuh.az/13516-.html

Dalaşan şagirdləri ayıran xadimə öldü

15.11.2017 12:40:59

Hadisə

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

Report   xəbər verir ki, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib.

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarət alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib