Dərc edilib: 15-11-2017

https://www.nuh.az/13521-.html

Çobandan sonra fəhlədən möhtəşəm ifa - Azərbaycanda

15.11.2017 15:44:52

Maraqlı

Azadlıq Radiosu 23 yaşlı məcburi köçkün Elməddin Xanəliyev haqqında sujet hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, əslən Kəlbəcərdən olan Xanəliyevin ailəsini saxlamaq üçün fəhləlik etdiyi bildirilib. 


Sujetdə qeyd edilir ki, Bakıdakı tikintidə işləyən Elməddinin gözəl səsi var və muğam ifa edə bilir. 

Anası xəstə olan gənc deyir ki,fəhləliklə günə 10-15 manat qazanır və ümidini itirmir. 

Elməddin düşünür ki, kimsə, nə vaxtsa ona yardım əlini uzadacaq, o da bu ifaçılıq sənətinin arxasında gedə biləcək.

Qeyd edək ki, Neftçalanın Qaçaqkənd sakini, çoban Pərvin Səfərov da ifası ilə fenomenə çevrilmişdi.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib