Dərc edilib: 15-11-2017

https://www.nuh.az/13523-.html

Nazir təzə idarə rəisi təyin etdi

15.11.2017 16:15:48

Cəmiyyət

Nazir  təzə  idarə rəisi təyin etdi

 

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov dünən  nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqovu əxlaqsızlığa  görə işdən qovub.

Bundan başqa, nazirliyin Dövlət  Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

NUH.az-a daxil olan məlumata görə cənab nazir bu gün Amil Mürsəliyevi Dövlət  Enerji  Nəzarəti İdarəsinin rəisi təyin edib.

Amil Mirzəliyev  nazirlikdə Energetika şöbəsinin müdiri işləyib. 

Dövlət Qaz İdarəsinin rəisi vəzifəsinə də təyinat olub. Ancaq yeni rəisin kimliyini dəqiqləşdirə bilmədik. 

 

            NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib