Dərc edilib: 15-11-2017

https://www.nuh.az/13529-.html

Qarşıda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda modern rifah dövlətinin qurulması, Vahid Azərbaycan Dövləti kimi möhtəşəm məqsədlərin dayandığını bildirib

15.11.2017 22:59:59

Siyasət

Bu gün, 15 noyabr 2017-ci ildə  KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Milli Dirçəliş gününə həsr olunmuş Dəyirmi Masa keçirilib.

 

  Dəyirmi Masada KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev,  Azərbaycan Liberal Demokrat Partiyasının sədri  Fuad Əliyev, AXP sədri Pənah Hüseyn, AĞ  partiya başqanı Tural Abbaslı, GAP sədri  Ağasif Şakiroğlu, tanınmış ziyalılar Türk Aydın, Ramiz  Tağıyev, Sərdar Əlibəyli, Xəzər Teyyublu və digərləri çıxış edib.

Dəyirmi Masa iştirakçıları Meydan hadisələrinin önəmi barədə öz fikirlərini bildirib.

Çıxış edən Azadlıq  Partiyasının sədri Meydanın əsas tələblərindən biri Müstqil Azərbaycan dövlətinin qurulmasına nail olunduğunu, qarşıda  Azərbaycanın  ərazi bütövlüyünün təmin olunması,  Azərbaycanda  modern rifah dövlətinin qurulması, Vahid Azərbaycan Dövləti kimi  möhtəşəm məqsədlərin dayandığını bildirib.

Dəyirmi Masa iştirakçıları Milli Azadlıq Hərəkatının bütün iştirakçılarına sevgi  və sayğılarını bildiriblər.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib