Dərc edilib: 16-11-2017

https://www.nuh.az/13535-.html

Prezident Xırdalana gedib

16.11.2017 10:43:06

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.


AzerTac   xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

***

Prezident İlham Əliyev Xırdalanda Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib