Dərc edilib: 16-11-2017

https://www.nuh.az/13546-.html

Təzə nazirdən daha bir yeni təyinat

16.11.2017 15:48:08

İqtisadiyyat

Yeni təyin olunmuş energetika naziri  Pərviz Şahbazov dünən  nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqovu vəzifəsindən  azad edib.

Bundan başqa, nazirliyin Dövlət  Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

NUH.az-a daxil olan məlumata görə cənab nazir  Amil Mürsəliyevi Dövlət  Enerji  Nəzarəti İdarəsinin rəisi təyin edib.

Amil Mirzəliyev  nazirlikdə Energetika şöbəsinin müdiri işləyib. 

Bu gün  NUH.az-a daxil olan məlumata görə cənab nazir  yeni bir təyinata  imza atıb: Elxan Həşimova  Dövlət Qaz Nəzarəti İdarəsinin  rəisi vəzifəsi  həvalə olunub.

Məlumat üçün bildirək ki,  Elxan Həşimov  nazirlikdə  Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib