Dərc edilib: 16-11-2017

https://www.nuh.az/13554-.html

İlk sosial mənzillərin istifadəyə veriləcəyi tarix açıqlandı

16.11.2017 23:03:01

Reportaj

2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər”.
 Lent.az-ın məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bu gün keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bir neçə aya mənzillərin satışı ilə bağlı elan veriləcək: "Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb. Artıq yeni forma razılaşdırılması üçün Azərbaycan Dövlət İpoteka Fonduna göndərilib. 29 binadan ibarət yaşayış kompleksində mənzillərin sayı 1843-dür. Bir otaqlı mənzillərin sayı 324, iki otaqlı mənzillərin sayı 1052, üç otaqlı mənzillərin sayı 467 olacaq”.

 

      NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib