Dərc edilib: 17-11-2017

https://www.nuh.az/13558-.html

Məşhur aktyor təcavüzdə günahlandırılır

17.11.2017 10:03:34

Maqazin

Məşhur amerikalı aktyor Silvestr Stallone təcavüzdə günahlandırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata əsasən, polisin yaydığı hesabatda aktyorun 1986-cı ildə Las-Veqasda 16 yaşlı qıza təcavüz etdiyi bildirilir. Qadın aktyorun və mühafizəçisinin ona təcavüz etdiyini vurğulayıb.

"Bu gülməli və tamamilə yalan hekayədir. Nə hökumət orqanları, nə də hər hansı bir şəxs heç vaxt bununla bağlı aktyora müraciət etməyib",deyə aktyorun nümayəndəsi bildirib.

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib