Dərc edilib: 17-11-2017

https://www.nuh.az/13567-.html

Qobustanda çaqqallar yeniyetmənin əlini parçaladı (FOTOLAR)

17.11.2017 17:34:07

Report  xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.
Kənd sakini 2002-ci il təvəllüdlü Şirinzadə Turqay Rövşən oğlu məktəbə gedərkən qəfildən çaqqalların hücumuna məruz qalıb. Yırtıcı heyvanlar onun əl nahiyyəsini dişləyib.
Qobustan rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirlən yeniyetmənin vəziyyəti kafidir. Ona quduzluq əleyhinə vaqsin vurulub.
 


NUH informasiya agentliyi səhifəsindən çap edilib