Dərc edilib: 18-11-2017

https://www.nuh.az/13577-.html

İlham Əliyevlə bağlı kitabın 46-cı cildi çap olundu

18.11.2017 13:59:46

Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çap olunub.


“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında toplanan materiallar 2011-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.

Kitaba, həmçinin İlham Əliyevin Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransının açılış mərasimində, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci və Silahlı Qüvvələrin yaradılmasının 93-cü ildönümləri münasibətilə təntənəli hərbi paradda, Dünya Azərbaycanlılarının III Qurultayında nitqləri, “Bakı ürək günləri” Beynəlxalq Konqresinin iştirakçılarına müraciəti daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Sumqayıt şəhərinə səfərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, ictimaiyyətlə görüşlərinə dair materiallar əksini tapıb, habelə kütləvi informasiya vasitələrinə müsahibələri yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib