Dərc edilib: 18-11-2017

https://www.nuh.az/13584-.html

Hacıbala Abutalıbov qardaşı Osmanın uşaq bağçasına “ƏSLİ” adı verdi

18.11.2017 17:09:04

Hadisə

Özəl uşaq  bağçası  biznesi  bəzi məmurlar üçün asan qazanc mənbəyinə çevrilib. Qiymətlər isə 250 manatdan başlayıb  700-800  manatadək  artır.  Bir soruşan yoxdur ki, minimum əmək haqqının 165 manat olduğu ölkədə 700 manata uşaq bağçası olar ?

Bütün bunlar  azmış kimi uşaq bağçlarının adları da xarici, əcnəbi adlardır: “Baby plaza”, “Znayka”, “Baby star”, “Olimp”, “Nappy life”, “Pley orena”, “Nemo”, “Happi babies”, “Mickeys hous”   və s.

Ölkə başçısının  dilimizin saflaşdırılması ilə bağlı  təklifləri, təşəbbüsləri də bəzi məmurlara  təsir etmir.

Amma deyəsən, “buz tərpənib”. İlk  addım paytaxtımızın meri Hacıbala Abutalıbovdan gəlib.

Məlumat üçün bildirək ki, Bakı şəhərində xeyli sayda özəl uşaq bağçası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıovun yaxınlarına məxsusdur.

NUH.az-a daxil olan məlumata görə, Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun rəis olduğu 14 saylı Tikinti İdarəsi ( SU-14 ) özəlləşdirilərək  uşaq bağçasına çevirilib. Yeni bağça Nəsimi rayonu ərazisində yerləşir.

Ən maraqlısı odur ki, uşaq bağçasının açılışında iştirak edən Hacıbala Abutalıbov doğma dilimizin qayğısına qalaraq uşaq bağçasının “Əsli” adlandırılmasını təklif edib. Və təkif qəbul olunub. Hazırda uşaq bağçasına  merin qardaşı Osman Abutalıbov nəzarət edir.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib