Dərc edilib: 19-11-2017

https://www.nuh.az/13592-.html

Avtomobili üçün 3 milyona nömrə aldı - Foto

19.11.2017 10:58:47

LIVE

Səudiyyə Ərəbistanında biznesmen Əhməd Əl-Mərzuki öz avtomobili üçün 10 milyon dirhəm dəyərində (təxmini 3 milyon dollar) qeydiyyat nömrəsi alıb.

Trend  xəbər verir ki, eksklüziv avtomobil nömrələrinin satıldığı hərrac Əbu-Dabidə baş tutub.

“Mən "2" nömrəli qeydiyyat nişanını almağıma görə çox şadam və fəxr hissi duyuram”,- deyə 23 yaşlı biznesmen bildirib.

Hərracda satılan nömrələrdən əldə olunan gəlir (təxmini 15 milyon dollar) xeyriyyəçiliyə sərf olunacaq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib