Dərc edilib: 19-11-2017

https://www.nuh.az/13595-.html

Cocuq Mərcanlıya çəkiləcək kanal ərazisi minalardan təmizlənir - Fotolar

19.11.2017 13:05:54

Region

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb.


ANAMA-dan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, noyabrın 18-də Cocuq Mərcanlı kəndində gün ərzində 8 500 kv.m (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 21 000 kv.m (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kv.m (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib