Dərc edilib: 19-11-2017

https://www.nuh.az/13596-.html

Bakıda tələbə qız zorla qaçırıldı

19.11.2017 16:36:52

LIVE

Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb.

Lent.az  xəbər verir ki, Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb. Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib. Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib. Araşdırma aparılır.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib