Dərc edilib: 19-11-2017

https://www.nuh.az/13598-.html

Uçdu göylərə bizim peykimiz

19.11.2017 21:00:31

Reportaj

“Azərkosmos” ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.


Trend   xəbər verir ki, bunu sayca 3-cü peykin “Azerspace-2/Intelsat-38” peykinin buraxılışından sonra bilmək olacaq.

Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.

Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi “Space Systems Loral” şirkətidir.

“Azerspace-2/Intelsat-38” peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib