Dərc edilib: 20-11-2017

https://www.nuh.az/13606-.html

Azərbaycanlı qadın silahla fahişəliyə məcbur edildi

20.11.2017 10:25:51

Reportaj

Türkiyədə zorla fahişəliyə cəlb edilən azərbaycanlı qadın polis tərəfindən xilas edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Dənizli bölgəsində azərbaycan əsilli bir qadına zorla fahişəlik etdirən şəxs barədə şikayət daxil olub. Polis 58 yaşlı Ramazan S.-nin əməliyyat keçirib. Bu zaman evdə olan 48 yaşlı Nazilə M. Ramazan S. tərəfindən silah gücünə evdə saxlandığını və fahişəliyə məcbur edildiyini deyib. 

Qadının ifadəsindən sonra Ramazan S. saxlanılaraq həbs edilib. 

 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib