Dərc edilib: 20-11-2017

https://www.nuh.az/13609-.html

İdmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi

20.11.2017 13:17:32

İdman

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanı maşınla vuraraq öldürməkdə təqsirləndirilən Əlifağa Məmmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzanin icraatında olan prosesdə Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən öncə son sözündə bağışlanmasını istəyib: “Belə hadisə olacağını bilsəydim, öz canımı qurban verərdim. Mən 55 il yaşamışam, o isə hələ gənc idi. Övlad itkisinin də nə olduğunu bilirəm, biz onları necə əziyyətlə böyüdürük. Mərhum dövlət üçün çox nailiyyətlər qazanıb. Çox peşmanam, ailəsindən üzr istəyirəm. Məni bağışlayın”.

Qeyd edək ki, hadisə 2017-ci il iyuun 28-də Xətai rayonu Zığ şosesində baş verib. Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib