Dərc edilib: 21-11-2017

https://www.nuh.az/13635-.html

Artur Rasi-zadə Milli Məclisdə

21.11.2017 13:50:25

Siyasət

“2018- cilin dövlət və icmal büdcələri haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında da müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, iclasda baş nazir Artur Rasi-zadə və müavinləri, bir sıra nazirlər və komitə sədrləri iştirak edir. 

Spiker Oqtay Əsədov bildirib ki, ölkə  prezidentinin düşünülmüş iqtisadi strategiyası dünyada baş verən  qlobal maliyyə iqtisadi böhranların Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını almağa imkan yaradıb: “Nəticədə iqtisadiyyatın şaxələndirilməsi biznes mühitinin yaxşılaşdırılması ölkənin rəqabətyönlülüyünün artmasına təsir edib. İqtisadiyyata investisiya qoyuluşu artırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib