Dərc edilib: 22-11-2017

https://www.nuh.az/13661-.html

“SOCAR-a hökumət tərəfindən 100 milyon vəsait ayrılıb” - Nazir

22.11.2017 23:23:13

LIVE

Maliyyə naziri Samir Şərifov iki gündür  parlamentdə deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir qeyd edib ki, burada bəzi deputatlar qeyd etdi ki, büdcənin sosial xərcləri azaldılıb:

“Mən məsuliyyətlə deyirəm ki, bu ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılçayıb: “Ən azı cari il səviyyəsində saxlanılıb. Büdcənin xərcləri  artımı investisiya və dövlət borcu ilə bağlı xərclərdir. Tələbələrə verilən təqaüdlər də azalma yoxdur. Əslində burada artma müşahidə olunur. Sosial təminat və sosial müdafiə xərcləri üçün DSMF-yə dövlət büdcəsindən 1,3 milyard manat məbləğində vəsait ayrılıb.

Dünya Bankından alınmış vəsait hesabına köçkünlərin məskunlaşdığı mənzillərdə təmir işləri həyata keçiriləcək. Lənkəranadan keçən dəmiryolu ilə bağlı deyə bilərəm ki, onu  dəniz kənarından köçürülməsi ilə bağlı müvafiq hazırlıq işləri görülür. Dövlət idarəetmə xərclərinin yüksək olmasına gəlincə bu məsələyə konkret rəqəmlərələ baxmaq lazımdır. Burada büdcə təsnifatında işlərin görülüməsinə baxmaq laızmdır. Hesab etmirəm ki, idarəetmə xərcləri yüksəkdir. Bu sahədə islahatyönümülü işlər görülmüşdür. Bunun nəticəsində 17 milyon manatdan artqı vəsaitin qənətinə nail olunub. 

İcbari tibbi sığorta ilə  bağlı dövlət başçısının tapşırığına uyğun olaraq iki rayonda pilot layihələr həyata keçirilir. Növbəti il daha iki rayonda da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda ilkin nəticələrin təhlilinə ehtiyac var. Səhiyyə xərclərinin artırılması təklif etdilər. Ola bilsin ki xərclərin artırılmasına ehtiyac var. Xərclər ilk növbədə bizim gəlirlərimizlə uzlaşmalıdır. Avtomobil yollarının tikintisi ilə bağlı deyə bilərəm ki, Şirvan-Noxudlu – Salyan yolunun tikintisi baş tutacaq. Qazlaşma ilə bağlı deyə bilərəm ki, cari ildə əlavə SOCAR-a hökumət tərəfindən 100 milyon vəsait ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur”.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib