Dərc edilib: 23-11-2017

https://www.nuh.az/13665-.html

Hakimiyyətin indiki böhranlı vəziyyətdən çıxış üçün heç bir proqramı yoxdur.

23.11.2017 12:32:46

Cəmiyyət

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Qarabağ problemi ətrafındakı kritik gəlişmələri  nəzərə alan Əməkdaşlıq Mərkəzi növbəti  Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edib.

Hökumətin yürütdüyü iqtisadi siyasət  və 2018-ci ilin büdcə müzakirələri hakimiyyətin indiki böhranlı vəziyyətdən çıxış üçün heç bir proqramının olmadığını üzə çıxardığı bir daha qeyd olunub.

Əməkdaşlıq Mərkəzi   müxalifət daxili inteqrasiya cəhdlərini pozitiv qiymətləndirib bu istiqmətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib