Dərc edilib: 23-11-2017

https://www.nuh.az/13668-.html

Spiker xanım deputata irad tutdu

23.11.2017 12:51:27

Müsahibə

Deputat Aytən Mustafayeva  plenar iclasda əlillər üçün Milli Məclisdə imkanların olmaması məsələsindən yenidən gileylənib.

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, bu gün cəmiyyətdə fiziki əlillər arasında aktiv olanların sayı artıb: “Rusiyadan əlil qonaqlar gələndə onları Milli Məclisə dəvət  edə bilmirəm. Çünki burada imkan yoxdur ki, elə adam parlamentin binasına daxil olub burada hərəkət etsin. Bu tək pandusla qurtarmır. Liftlərin enliyi, pilləkənlərin az olması, ayrıca tualetlərin olması kimi məsələlərdir. Bunlara diqqət yetirmək lazımdır”. 

Spiker Oqtay Əsədov isə deputatın çıxışına reaksiya verib:

“ Siz keçən dəfə də bu məsələni qaldırmısınız. Axırıncı  dəfə  2012- ci ildə tikilmiş Milli Məclisin binasına nə vaxt daxil olmusunuz? Həmin binada bütün şərtlər yerinə yetirilib. O binada indiyə kimi bir adam qəbul etmisiniz? İstənilən fiziki məhdudiyyətli adam ora girə bilər. Xahiş edirəm ki, diqqətlə baxın, sonra gəlib belə məsələlər qaldırarsınız”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib